Bunu Ağdamda jurnalistlərə müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
“Həyatın bu ərazilərə yenidən qayıtması, insanların burada yenidən yaşaya bilməsi böyük əhəmiyyət kəsb edir. Böyük beynəlxalq dəstəkləyici kimi Avropa İttifaqı minatəmizləmə prosesində Azərbaycanı dəstəkləyir. Bu gün, həmçinin minatəmizləmə prosesinin gedişatının şahidi olduq. Biz, Avropa İttifaqı olaraq, bütün regionda sülhə və sabitliyə nail olunması sahəsində birgə əməkdaşlıq etməyə davam edəcəyik”, – deyə Peter Mixalko bildirib. (AZƏRTAC)