Bunu açıqlaması zamanı Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə Almaniyadan qatılan Günel Hüseynli deyib.
“Ən önəmlisi bu tədbirin Xankəndidə təşkil edilməsidir. Biz uşaq yaşlarımızdan Qarabağ hekayəsi ilə böyümüşük və bu gün hamımız üçün sevindirici haldır ki, Qarabağda beynəlxalq tədbirlərə ev sahibliyi edirik”, - deyə düşərgə iştirakçısı bildirib. (AZƏRTAC)