Aksiyada Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının, YAP Füzuli rayon təşkilatının, Füzuli Rayon Statistika idarəsinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Füzuli Gənclər evinin, Heydər Əliyev Mərkəzinin və Füzuli Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları iştirak ediblər.
Ağacəkmə aksiyasında ümumilikdə 0.2 ha ərazidə 50 ədəd Eldar şamı, 10 ədəd sərv və 40 ədəd göyüş ağacı əkilmişdir. Yeni əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərildi və küləkdən qorunmaları üçün dirəklər bərkidilib.
Tahirə AĞAMİRZƏ