06.02.2025, 13:41
AZ EN
06.02.2025, 08:02 206

Ağdam sakini: Öz doğma yurdumda işlə təmin olunmuşam

QARABAĞ
  • “Mən özüm Ağdam sakini olaraq Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Bizi ilk olaraq kursa cəlb etdilər. BAFCO şirkətində 2 ay kurs keçdim və kursu bitirdikdən sonra məni işlə təmin etdilər. Hazıra operator vəzifəsində çalışıram və istehsalat prosesində kömək edirəm”.

Bunu Dövlət Məşğulluq Agentliyi tərəfində Ağdamda işlə təmin olunan Aynur Xoşdar müsahibəsində bildirib.

“Mən doğulanda Ağdam işğal altında idi. Mən Ağdamı görməmişdim. Valideynlərimin dediklərinə görə Ağdam çox gözəl bir şəhər olub. Şükür bu günümüzə ki, Ağdama qayıtdıq, torpaqlarımız alındı. Və bu günkü gündə işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstəririk. Şəhərimizdən əsər-əlamət qalmayıb, tikintilər davam edir və İnşallah ki, əvvəlkindən daha da gözəl olacaq. Öz evimizə qayıtmamışam amma öz doğma yurdumda işlə təmin olunmuşam. İnşallah da öz evlərimiz verilərkən də burda işləməyə davam edəcəm”- deyə Aynur Xoşdar qeyd edib.

Hazırladı: Günel QULİYEVA

Oxşar xəbərlər