22.11.2024, 09:16
AZ EN
06.06.2024, 13:56 275

Minlərlə hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq - “Köndələnçay” su anbarları kompleksinə mediatur

QARABAĞ
  • Otuz illik işğal dövründə bütün infrastruktur kimi, su təsərrüfatı obyektləri də baxımsız qalmış və yararsız hala düşmüş, bəziləri isə qərəzli şəkildə dağıldılmışdı. Vətən müharibəsi və antiterror tədbirləri ilə torpaqlarımız işğaldan azad oluunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə başlanıldı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi işçi qrup yaratdı və bu işçi qrup ilkin olaraq bütün su təsərrüfatı ərazilərində monitotinq apardı. Monitorinq nəticəsində məlum oldu ki, digər infrastruktur obyektlərində olduğu kimi, “Köndələnçay” su anbarları kompleksi də yararsız hala salınıb.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Elçin Məmmədov mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

“Köndələnçay-1” su anbarı 3,9 milyon kubmetr, “Köndələnçay-2” 2,1 milyon kubmetr, “Aşağı Köndələnçay” su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Bu su anbarları vasitəsilə Füzulinin 6200 hektar ərazisi suvarma suyu ilə təmin olunur”, - deyən E.Məmmədov bildirib ki, bərpa zamanı kompleksin müəyyən hissələrində betonlama və bəndbərkitmə işləri aparılıb. Suburaxıcı obyektin bütün mexaniki avadanlıqları yenidən təmir olunub. Suları nəql etmək üçün 3 aqreqatlı nasos stansiyası tikilib və istifadəyə verilib.

Qeyd edək ki, “Köndələnçay-1” su anbarının hündürlüyü 14 metr, “Köndələnçay-2” su anbarının hündürlüyü 23,35 metr, “Aşağı Köndələnçay” su anbarının hündürlüyü isə 25 metrdir.

“Köndələnçay” su anbarları kompleksinin təmir-bərpadan sonra istifadəyə verilməsi hesabına 6 min hektardan çox torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu sahələrin 5 min hektarı işğaldan azad olunan ərazilərdə olan torpaqlardır. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR