Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının satışına dəstək göstərilməsi, eyni zamanda əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə daha əlçatan qiymətlərlə təmin edilməsidir.
Yarmarkada iştirak edən fermerlər öz təsərrüfatlarından gətirdikləri təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar. Təklif olunan məhsullar bazar qiymətlərindən aşağı qiymətlərlə təqdim edilir. Bu da alıcıların marağına səbəb olub. Yarmarkada müşahidə olunan canlanma sakinlərin təşəbbüsü müsbət qarşıladığını göstərir. (Report)