Qonaqlar Ağdamın Xıdırlı kəndi ərazisinin işğal zamanı dağıntılara məruz qalmasına və minalarla çirkləndirilmiş olmasına şahidlik ediblər.
Daha sonra ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qismi zərərsizləşdirilib. Bu proses Bob Bləkmən tərəfindən həyata keçirilib. Ağdam şəhərində tapılan 9 ədəd tank əleyhinə, 2 ədəd piyada əleyhinə, 2 ədəd əldəqayırma hərbi sursat və 1 ədəd RPG7 raketi partladılma yolu ilə zərərsizləşdirilib. (AZƏRTAC)