Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilib.
Təlimdə həmçinin, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı qoyulan tapşırıqların, xidməti vəzifə və öhdəliklərin yerinə yetirilməsi keyfiyyəti, tapşırıqların icra edilməsi səviyyəsi və peşə fəaliyyəti zamanı dövlət qulluqçusunun davranış qaydalarına əməl etməsi vəziyyəti üzrə nəzərə alınan əsas meyarlar barədə geniş məlumatlar verilib.
Hazırladı: Mina RƏŞİD