Ağdam Musiqi Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, Ağdam Musiqi Kollecinin direktoru Fehruz Səxavət, kollecin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Ulu Öndərin siyasi kursunu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirməsindən, dövlət başçısının son 21 ildə Azərbaycanın bu günü və gələcəyi naminə atdığı addımlardan, əldə olunan uğurlarla verdiyi hər bir vədi reallığa çevirdiyindən, qazanılan yüksək nailiyyətlərin ümumiləşdirilmiş ifadəsi cənab İlham Əliyevin adını Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasından bəhs etmişlər.
Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri iştirakçılara təqdim edilib.
Hazırladı: Mina RƏŞİD