15.12.2024, 18:46
AZ EN
15.12.2024, 11:30 128

Biz Füzulidə rahat və sərbəst yaşayırıq

QARABAĞ
  • Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş torpaqlarımıza köçürülən vətəndaşlarımızdan biri də Vüsalə Nəsirovadır.

Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində "Qadın gözəllik salonu" zərfi üzrə aktivlərlə təmin olunan Vüsalə xanım artıq doğma - Füzuli şəhərində öz işinin sahibidir.

O, deyir ki, 11 ay bundan öncə doğma torpağımız Füzuliyə köçmüşük. Dövlət Məşğulluq Agentliyi bizi istənilən avadanlıqlarla təmin edib. Mən Bakıda yaşayanda da bu işlə məşğul idim. Arzum idi ki, Füzuli şəhərinə qayıtdıqdan sonra da bu işimi davam etdirim.

Mən Dövlət Məşğulluq Agentliyinə müraciət elədim və məni kursa cəlb etdilər. Hal-hazırda avadanlıqlarımı  təqdim ediblər. Doğma yurdda, Füzuli şəhərində işləyirəm. Doğma Vətənimizdəyik. Hər bir şeydən razıyıq.

Allahdan cənab Prezidentimizə cansağlığı arzulayıram.

Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin.

Əziyyət çəkən hər bir kəs haqqını halal etsin.

Biz şəhidlərimizin, qazilərimizin sayəsində bu gün Füzulimizdə rahat, sərbəst yaşayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər