22.11.2024, 09:10
AZ EN
04.09.2022, 07:00 339

Füzulidə 8 şəhid ailəsi üzvü və 14 qazi işlə təmin olunub

QARABAĞ
  • Şəhid ailələrinin, müharibə əlillərinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biridir. Füzuli rayonunda şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərilir, onların problemlərinin həll olunması, məşğulluqlarının təmin edilməsi hər zaman diqqətdə saxlanılır.

Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda fəaliyyət göstərən bir qrup sahibkar və iş adamı təşəbbüslə çıxış edərək, şəhid ailələrinin, qazilərin işlə təmin olunmalarına, onların məşğulluğunun artırılmasına öz töhfələrini vermək istəklərini bildirib, rayon icra hakimiyyətinin başçısı Alı Alıyevə bununla bağlı müraciət ediblər. Müraciətə uyğun olaraq şəhid ailələrinin, qazilərin könüllülük prinsipi əsasında işlə təmin olunmaları üçün rayon icra hakimiyyətində görüş keçirilib, sahibkarlar və iş adamları ilə şəhid ailələri, qazilər arasında müvafiq müqavilələr imzalanılıb.

İmzalanan müqavilələr əsasında Füzuli rayonu ərazisində yaşayan 8 şəhid ailəsi üzvü və 14 Vətən müharibəsi qazisi işlə təmin olunub. Özəl sektorun nümayəndələri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün onlara yaradılan şəraitə, şəhid ailələri və qazilər isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR