Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə olunduğunu bildiriblər. Çıxışlarda ölkəmizdə mülki müdafiə sahəsində görülən işlərdən ətraflı bəhs edilib, bu sahədə qarşıda duran prioritetlərdən danışılıb.
Sonra FHN-in Qarabağ Regional Mərkəzinin istifadəsində olan müasir texnika və avadanlıqlara baxış keçirilib, tədbir iştirakçılarına fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili barədə ətraflı məlumat verilib. (AZƏRTAC)