Təəssüf ki, nənə və babalarımızın topladığı bu bitkilərə indi kitablarda vərəqləyərək baxırıq. Çünki 30 ilə yaxın Ermənistanın əsarətində olan torpaqlarımızda ekoloji dirçəlişdən danışmaq hələ tezdir. Bir zamanlar Qarabağda mövcud olan bitki örtüyü məhv edilib. Bəzi heyvanların isə nəsli kəsilmək üzrədir.
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari fondunda Qarabağ bitkisinin hər bir nümunəsi yer alıb. Həm də qurumuş formada olan bitkinin hansı bölgədən və nə vaxt dərildiyini bəldirilən pasportu ilə birlikdə. Fondda Qarabağ florasına aid 11 min növ bitki nümunəsi var.
AMEA-nın Botanika İnstitunun Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani İctimai Televiziyaya bildirib ki, dünyanın müəyyən bir yerində olan nadir bitkilərdən Qarabağda da var. Mənfur düşmənlər torpağımızı talan edib, ekoloji teror törətsələr də elə bitkilər var ki, onların kökü torpağın altında qalır və yenidən dirçəlir.
Mütəxəsislər deyirlər ki, Qarabağda olan bu bitkilərlə müxtəlif xəstəliklərin müalicəsində istifadə etmək olar. Qarabağın təbiətinə xas minlərlə biki, o cümlədən, meşə gilası, dağdağan, xarıbülbül, palıd, şabalıd, şümşad, armud, şərq fıstığı, vələs, ağcaqayın, ayı fıstığı və çinar kimi bitki və ağaclar buna misaldır.
AMEA-nin Zoologiya İnstitunun Biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyir ki, Qarabağın heyvanlar aləmi də əvəllər öz zənginliyi ilə seçilib. 288 növ quş növü də bu faunanı daha da gözəlləşdirib.
Ekoloji tarazlığın pozulduğu, meşələrin yandırıldığı, heyvandarlıq sahəsinin inkişaf etmədiyi vaxtlar artıq geridə qaldı. İndi Qarabağda sürətlə quruculuq işləri həyata keçirilməkdədir. Bir azdan bu torpaqların flora və faunası da dəyişəcək. Çiçəklər boy verəcək, quşlar cəh-cəh vurub Qarabağın azad səmasında qanad çalacaqlar.
Mina RƏŞİD