Bunu Gürcüstan azərbaycanlılarının növbəti qrupu ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Sevda Xəlilova deyib.
"Səfirliyin köməyilə burada qonağıq. İşğalda olan torpaqlarımızın azad olunması ilə fəxr edirik. Bizim üçün möhtəşəm gündür. Çünki öz torpağımıza qədəm qoyduq", - o qeyd edib.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Gürcüstan azərbaycanlılarının növbəti qrupu Xankəndi şəhərinə gəlib 30 nəfərdən ibarət növbəti qrup bu gün Xankəndi şəhərini ziyarət edəcəklər.
Xatırladaq ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir. Birinci qrup ötən günlər Şuşa, Xankəndi və Ağdam şəhərlərində səfərdə olublar. İkinci qrup sabah Şuşa və Ağdam şəhərlərində səfərdə olacaqlar. (Trend)