16.04.2025, 14:11
AZ EN
10.12.2024, 13:56 279

Xocavənd və Xocalıda yerləşən tullantı poliqonlarının ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib

QARABAĞ
  • Xocalı, Ağdərə və Xocavənd rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.

Bunu “Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev Xankəndidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupunun iclasında deyib.

S.Babayev qeyd edib ki, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib: "Tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonları ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Komitə tərəfindən sərəncam verilib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib". (AZƏRTAC)

Oxşar xəbərlər