Qonaqların Xankəndi, Şuşa və Ağdamla tanışlığı nəzərdə tutulur.
Altı gün ərzində üç qrup halında həyata keçiriləcək səfər zamanı 30 il işğal altında qalan torpaqlarımızda törədilən erməni vandalizmi, həmçinin azad olunduqdan sonra bu yerlərdə həyata keçirilən böyükmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriləcək.
Birinci qrupda iştirak edən qonaqlar əvvəlcə Şuşaya gəliblər. (AZƏRTAC)