Tələbə, Fatimə Məmmədova:
-Dövlət İmtahan Mərkəzinin keçirtdiyi imtahanda 560 bal toplayaraq Qarabağ Universitetinə qəbul olmuşam. Qarabağ Universitetinin ilk tələbələrindən biri olduğum üçün özümü çox şanslı hiss dirəm. Çünki 36 il öncə mənim xalam tələbə yoldaşları ilə birgə bu universitetdən çıxarıldı. Universitetin sonuncu tələbəsi idi. Anam Şuşada texnikumda təhsil alarkən, o da məcbur çıxarıldı. Atam Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşüb, Vətən müharibəsi qazisi olub. Mən də Qarabağdanam. Ona görə burda oxumaqdan, burda olmaqdan çox böyük qürur hissi duyuram.
Tələbə, Kənan Mehdizadə:
-Özüm Ağdam rayonundanam. Hər iki valideynim Ağdam rayonundandır. Dayım Birinci Qarabağ müharibəsində şəhid olub. Mən bu torpağa ilk dəfə ayağımı basanda hiss etdim ki, buranın havası, buranın təbiəti çox başqadır.
Tələbə, Qalib Kərimov:
-Qarabağ Universitetini seçməkdə məqsədim təbii ki, ilk öncə Qarabağlı, Laçınlı kimi, Qarabağ Universitetinin imkanları, həm də buranın müəllim heyəti, kollektivinin təhsil səviyyəsinin daha çox yararlı olduğunu düşünürəm. Bir laçınlı kimi öz yurduma daha yaxın bir yerdə, Qarabağda təhsil almaq mənim üçün iki qat sevincdir.
Tələbə, Səmayə Quluzadə:
-Qarabağda olmaq hissi olduqca qüruruvericidir mən və digər tələbələrə görə. Neçə ildir Azərbaycanın qəhrəman oğulları bu torpaqlar uğrunda canlarından keçdilər və bugünkü gün bu yerlərə ayaq basırıqsa, onların sayəsindədir. Bir daha şəhidlərimizə rəhmət diləyirəm. Mən hər bir tələbə adından söz verə bilərəm ki, biz öz burcumuzu yerinə yetirib hərəmiz öz sahəmiz üzrə gələcəyin peşəkarlarından olacağıq. Hər birimizə uğurlar arzulayırm!
Tələbə, Laləzər Abbasova:
-Təbii ki, 32 ildən sonra biz Xankəndindəyik, öz doğma yurdumuzdayıq və mən də universitetin ilk tələbələrindən biriyəm. Bunun üçün Qarabağ universitetinə layiq olmaq üçün əlimdən gələn hər bir şeyi edəcəyəm.
Hazırladı: Tahirə AĞAMİRZƏ