19.10.2024, 15:31
AZ EN
12.09.2024, 16:46 178

İşğaldan azad olunan ərazilərdə 3 Radio-Televiziya Yayım Stansiyası yaradılıb

QARABAĞ
  • Ümumölkə Radio kanalarının proqramlarının bütün ölkə ərzisində yayımı təmin olunacaq. Bu məqsədlə işğaldan azad olunan ərazilərdə Radio-Televiziya Yayım Stansiyalarının bərpası istiqamətində işlər davam etdirilir. Xatırladaq ki, Qarabağda Radio-Televiziya Yayım stansiyasının texniki binası və avadanlıqları ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demantaş  olanaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.

“Teleradio” İB-nin Baş direktoru vəzifəsini icra edən Elman Həsənov bildirib ki, işğaldan azad olunmuş ərzilərdə 3 Stansiya - Şuşa,  Hadrut və Mincivanda qurulması nəzərdə tutulurdu. Şuşa və Hadrutda işlər tamamlanıb və  sistem qurulub, yayım gedir, bütün “Radio FM” kanalları yayımlanır. Mincivanda isə stansiyanın yenidən tam qurulmasını nəzərə alaraq, həm qülləni, həm də binanı bu ayın sonuna qədər tamamlamağı planlaşdırırıq. Bu 3 stansiyanın fəaliyyəti ilə biz Qarabağ ərazisini FM yayımla təmin etmiş olacağıq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər