19.10.2024, 19:44
AZ EN
08.09.2024, 10:31 222

Ağdamda məişət tullantılarının təmizlənməsi istiqamətində tədbir keçirilib

QARABAĞ
  • Ağdam rayonu ərazisində polis əməkdaşlarının aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlərlə ətraf mühitin çirklənməsi halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sanitariya-gigiyena qaydalarının təmin olunması məqsədilə müvafiq işlər görülüb, həmin ərazilər təmizlənib.

Rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması məqsədilə il ərzində polis əməkdaşları tərəfindən 103 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir. (AZƏRTAC)

Oxşar xəbərlər