19.10.2024, 03:32
AZ EN
12.08.2024, 15:58 170

Maarifləndirici treninqlər Ağdamda 800-dən çox aşağı seçki komissiyası üzvünü əhatə edir

QARABAĞ
  • 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da start verilib.

118 saylı Ağdam-Xocalı və 119 saylı Ağdam seçki dairələrinin 118 məntəqəsi üzrə treninqlərdə ümumilikdə 846 aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi treninqlərdə iştirak etmiş trenerlər tərəfindən aparılır. Treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.

Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər. Məşğələlər zamanı müxtəlif mövzular geniş müzakirə olunur və yaranan suallar cavablandırılır. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim edilir. (AZƏRTAC)

Oxşar xəbərlər