19.10.2024, 13:35
AZ EN
14.06.2024, 15:20 257

Azadlığa qovuşduqdan sonra Xocalıda çalınan ilk “Son zəng”

QARABAĞ
  • Onlar yarımçıq qalmış hekayələrini tamamlamaq üçün Xocalıdadırlar. 32 il öncə sədasını eşidə bilmədikləri həmin zəng bu gün məhz onlar üçün çalınır. Bu, azadlığa qovuşduqdan sonra Xocalıda çalının ilk “Son zəng”dir.

Son zəngləri yarımçıq qalmış məzunların təəssüf ki, 4 nəfəri bu “Son zəng” mərasimində iştirak edə bilmədi. Çünki onlar erməni silahlı qüqvvələri tərəfindən qətlə yetiriliblər və onların bəzilərinin qəbirlərinin yeri hələ də məlum deyil. Lakin biz nisbətən ona görə təskinlik tapırıq ki, 24 nəfər məzundan 20 nəfərin əksəriyyəti bu gün “Son zəng”i qeyd etmək üçün bura toplaşıblar.

Onlar İTV-nin hazırladığı videoçəkilişdə öz maraqlı xatirələrini danışıblar. Onlar bir yerdə hamısı Şəhidlər Xiyabanın ziyarət edib sonra isə Qarqar çayı, Xocalı sakinlərinin pənah bilərək üz tutduqları Qarqar çayına gediblər. Orda şəhidlərimizin əziz xatirəsini yad etmək üçün çayda qərənfillər axıdıblar. Lakin bir nikbin məqamı da vurğulayaq ki, bu gün  “Son zəng” keçirən məktəblərin arasında  Zəngilanın Ağalı kəndi və Ağdərənin Talış kəndi də var və əslində xocalı məktəbi də istifadəyə hazırdır. Amma yeni tədris ilindən başlayacaq. Gələn ildən həm tədris ilinin başlanması, həm bitməsi bütün təbdirlər də keçiriləcək.

Məzunlardan, Ayna Allahyar qızı:

-Mən Xocalı rayon 2 saylı orta məktəbin 11-ci sinifinin şagirdi. Bu günlər bizim üçün həqiqətən də çox  ağırdır. Biz bu günlər niyə burdayıq? Məktəbimiz belə dağılıb. Amma məktəbimiz düşmən təcavüzünə məruz qalsa da, bu gün Xocalı abadlaşır, Xocalı gözəlləşir və bu gün abad olan Xocalıya biz qədəm basmışıq. Bu gün “Son zəng”i bütün Azərbaycan keçirdir. Bu gün məktəbimiz istifadəyə verilməmiş olsa da belə biz bütün Azərbaycana bir mesaj vermək istəyirik ki, artıq Xocalıda da “Son zəng” qeyd olunur. Xocalı faciəsi zamanı müəllimlərimiz də şəhid oldu. 20 yaşında Ülfət müəllim vardı, o məktəbi bitirməmiş qiyabi gəlmişdi Xocalıya. Elə bizim bitməyən yarımçıq dərsimiz də Ülfət müəllimin dərsi idi. O, sonra da şəhid oldu, yəni itkin düşdü, hələ də taleyi məlum deyil.

Artıq Azərbaycanda heç bir “Son zəng”in qarşısını ala biləcək qüvvə yoxdur və təhsil öz qüvvəsi ilə davam edəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər