O, Agentliyin Qarabağ Regional Məşğulluq filialının Ağdam rayon xidmət şöbəsində çalışır.
Əli Əliyev deyir ki, mən Ağdam rayonunun Suma kəndində anadan olmuşam: “Məlum olduğu kimi, kəndimiz 1994-cü ildə mənfur düşmənimiz ermənilər tərərfindən işğal olunmuşdu. Biz məcburi köçkün düşdükdən sonra Bərdə rayonunda məskunlaşmışdıq. Mən Ağdamdan çıxanda 4 yaşında olmuşam. Ağdam haqqında valideynlərimdən daimi eşitmişəm. 44 günlük şanlı qələbəmizdən sonra işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq və bərpa-tikinti işlərinə başlanıldı.
Hal-hazırda Ağdam rayonunun dördyol-1qəsəbəsində yaşayıram. Böyük Qayıdış proqramı çərçivəsində bir çox layihələr həyata keçirilmişdir və bu layihələrdən birini də həyata keçirən Dövlət Məşğulluq Agentliyidir. Mən Böyük Qayıdış proqramının bir hissəsi olmaq üçün Qarabağ Regional Məşğulluq filialına müraciət elədim. Daha sonra məni imtahana çağırdılar.İmtahandan keçdikdən sonra müsabiqəm oldu. Müsabiqədən uğurla keçdikdən sonra isə Qarabağ Regional Məşğulluq filialının Ağdam rayon xidmət şöbəsinə təyin olundum. Bura Sarıcalı, Kəngərli kənd sakinləri köçürülmüşdü və kənd sakinləri ilə görüşlər təşkil edirik. Onların məşğulluq imkanlarının qiymətləndirilməsi, işsiz şəxslərin işlə təmin olunmasına dəstək göstəririk. Böyük Qayıdışın bir parçası olaraq burada işləmək mənim üçün böyük uğurdur, böyük şərəfdir”.
Tahirə AĞAMİRZƏ