- Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda yaz plenumu keçirilir.
Plenumda “Qarabağın və Şərqi Zəngəzurun memarlığı”, “İşğaldan azad edilmiş ərazilərdə memarlıq abidələrinin vəziyyəti, problemlər və onların həlli yolları”, “Qarabağda və Şərqi Zəngəzurda şəhərsalma siyasətinin nəticələri və inkişaf istiqamətləri” və digər mövzular müzakirə olunur. (AZƏRTAC)