23.12.2024, 01:46
AZ EN
24.04.2024, 08:47 358

Ağdamda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş müşavirə keçirilib

QARABAĞ
  • 2024-cü ildə Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı Ağdam rayonunda müşavirə keçirilib.

Müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Oqtay Şahmurov və idarənin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər. Müşavirədə Sərəncamın icrası ilə bağlı rayonda həyata keçirilən tədbirlərdən danışılıb, növbəti aylarda görüləcək işlər barədə ətraflı məlumat verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər