18.10.2024, 10:20
AZ EN
21.07.2022, 17:30 483

Azad edilmiş ərazilərdə yaradılan xidmətlərin fəaliyyət istiqamətləri müəyyənləşib

QARABAĞ
  • Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqamətləri müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin Fərmanları ilə təsdiq edilən müvafiq nizamnamələrdə əksini tapıb.

Fərmana əsasən, Xidmətlərin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;

- müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;

- müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;

- müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;

- müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək

Oxşar xəbərlər