02.05.2025, 10:54
AZ EN
07.02.2024, 15:41 308

Məntəqə sədri: “Bu seçkilər Xocalı sakinləri üçün xüsusi məna daşıyır”

QARABAĞ
  • “Xocalı sakinləri Zəfər seçkilərində sevinc və qürur hissi ilə iştirak edirlər. Gəncədə - Xocalı rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbədə sanki bayram əhval-ruhiyyəsi var. Çünki bu seçkilər bizim üçün xüsusi məna daşıyır. İlk dəfədir ki, prezident seçkiləri işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən doğma Xocalımızda da keçirilir”. 

“Vətən səsi” xəbər verir ki, bunu “secki-2024.az”saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 84 saylı məntəqəsinin sədri Zülfü Quliyev bildirib.

O vurğulayıb ki, hazırda seçki prosesi qanunvericiliyə uyğun, yüksək seçici fəallığı ilə davam edir: “Məntəqədə 830 seçici qeydiyyatdadır. Onlardan 14 nəfərin yaşı 80-dən yuxarıdır, 22 gəncimiz isə ilk dəfə səs verir. Seçicilər səs vermək üçün aktiv şəkildə məntəqəyə gəlirlər. Zəfər seçkiləri yaddaşımıza əbədi yazılacaq”.

S.Süleymanova

Oxşar xəbərlər