19.10.2024, 05:42
AZ EN
30.01.2024, 10:36 294

Dairə sədri: “Ağdam şəhəri seçkilərə hazırdır”

QARABAĞ
  • “Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərində ilk dəfə keçiriləcək prezident seçkilərinə hazırlıq başa çatıb, seçicilərə bildirişlərin göndərilməsi yekunlaşmaq üzrədir”.

"Vətən səsi" xəbər verir ki, bunu “secki-2024.az” saytına açıqlamasında 118 saylı Ağdam şəhər seçki dairəsinin sədri Hamlet Quliyev deyib. Dairə sədri vurğulayıb ki, cari il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Ağdamda 3 seçki məntəqəsi təşkil edilib:

“Hər üç məntəqədə seçicilərin rahat, sərbəst və şəffaf şəraitdə səs vermələri, həmçinin müşahidələrin aparılması üçün lazımi şərait yaradılıb. Belə ki, məntəqələr fasiləsiz rabitə və elektrik enerjisi, texniki vasitə və metodiki vəsaitlərlə təchiz olunub. Bundan başqa, məntəqələrdə seçici siyahıları, məlumat lövhələri asılıb. Ərazidə seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının yerləşdirilməsi üçün də müvafiq şərait yaradılıb”.

H.Quliyev seçicilərə bildirişlərin göndərilməsi prosesinin yekunlaşmaq üzrə olduğunu da bildirib.

S.Süleymanova

Oxşar xəbərlər