09.06.2025, 00:24
AZ EN
17.01.2024, 15:57 288

Ağdamda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib

QARABAĞ
  • Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Üçoğlan kənd Mədəniyyət evində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışılıb. Bildirilib ki, 20 Yanvar faciəsinə siyas-hüquqi qiymət yalnız 1994-cü ildə - Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra verilib.

Tədbirin sonunda məktəblilər şəhidlərə həsr edilən şeirlər səsləndiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər