19.10.2024, 09:27
AZ EN
30.08.2023, 18:09 248

6 ayda Qarabağda və Şərqi Zəngəzurda 850 iş yeri yaradılıb

QARABAĞ
  • 2023-cü ilin I yarısında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 851 iş yeri yaradılıb.

Vətən səsi” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yarımillik hesabatında bildirilir. Qeyd olunur ki, hesabat dövründə Qarabağda yaradılan iş yerlərinin sayı 473, II rübdə 320, Şərqi Zəngəzurda 378 (II rübdə 323) təşkil edib.

Şərqi Zəngəzurda ən çox iş yeri Laçın rayonunda (328), Qarabağda isə Şuşa rayonunda (177) yaradılıb.

2023-cü ilin iyun ayının sonuna Qarabağ iqtisadi rayonunda orta əməkhaqqı 594,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 645,1 manat təşkil edib.

2022-ci ildə Qarabağ iqtisadi rayonunda 905, Şərqi Zəngəzurda 223 yeni iş yeri yaradılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər