22.12.2024, 14:08
AZ EN
14.12.2023, 19:27 277

AMEA prezidenti: "Şuşada seysmik stansiyanın quraşdırılması istiqamətində işlər davam etdirilir"

QARABAĞ
  • "Şuşada Türkiyə tərəfindən Azərbaycana hədiyyə olunan bir ədəd quyudubi seysmik stansiyanın quraşdırılması istiqamətində işlər davam etdirilir".

AMEA-nın Yer Elmləri bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə yeni seysmik stansiyaların quraşdırılması məsələsi ilə əlaqədar danışarkən deyib.

O, Şuşada qardaş Türkiyə tərəfindən Azərbaycana hədiyyə olunan bir ədəd quyudubi seysmik stansiyanın quraşdırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

AMEA prezidenti, həmçinin seysmologiya sahəsində elmi kadrların hazırlanması, seysmologiya ixtisası üzrə doktorantura pilləsinin açılması və RSXM-də Dissertasiya Şurasının yaradılması məsələsinin də gündəlikdə olduğunu bildirib.

Həmçinin mərkəzin xarici ölkələrin seysmoloji mərkəzləri, əsasən də Türkiyə DİN-nin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və TUBİTAK -la əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. (Report)

Oxşar xəbərlər