22.11.2024, 09:26
AZ EN
13.12.2023, 11:40 224

Xankəndidə yaşayan erməni insanları bir-birini sevməyə çağırıb

QARABAĞ
  • Qarabağın erməniəsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.

Modern.az-ın məlumatına görə, o, hazırda Xankəndidə yaşadığını deyib:

“Hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.

M.Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb:

“Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”, - deyə o bildirib.

Videonun sonunda o, ermənilərə və azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR