08.06.2025, 23:18
AZ EN
10.02.2023, 13:24 432

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdamda vətəndaşların müraciətlərini dinləyib

QARABAĞ
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür. Fevralın 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda Ağdam, Ağcabədi və Laçın rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşlar əsasən işlə təmin olunma, uşaqlarının xəstəliyinin müalicə edilməsi, övladlarının təhsilinə dəstək və bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri qurumun struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. (AZƏRTAC)

Oxşar xəbərlər