21.11.2024, 21:41
AZ EN
01.12.2023, 16:43 302

Solmaz Karabaşa: Şuşada sərgilənən mətbəx nümunələri ilə nə qədər çox ortaqlığımızın olduğunu gördüm

QARABAĞ
  • Şuşada sərgilənən mətbəx nümunələri ilə nə qədər çox ortaqlığımızın olduğunu gördüm. Bütün bunlar köçəri mədəniyyətinin göstəriciləridir. Bu mədəniyyətin içindən gələn bir insan kimi çox zövq aldım.

Bunu Şuşada keçirilən “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatında iştirak edən Türkiyənin Turizm Nazirliyinin əməkdaşı Solmaz Karabaşa söyləyib.

“Turizmlə bağlı konfrans da çox önəmli idi. Çünki köçəri mədəniyyəti üzərindən turizm fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu istiqamətdə müzakirələr apardıq. Mən Türk Dövlətləri Təşkilatına daxil olan hər kəsə təşəkkürümü bildirirəm. İnanıram ki, gözəl nəticələr əldə ediləcək”, – deyə Solmaz Karabaşa bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər