19.10.2024, 07:38
AZ EN
28.11.2023, 08:17 266

Horadiz şəhərində Ulu Öndərin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

QARABAĞ
  • Horadiz şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

Füzuli RİH-nin təşkilatçılığı ilə keçirilən aksiyada Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Ağacəkmə aksiyası zamanı Horadiz şəhəri ərazisində salınmış yaşıllıq zolağında 100 ədəd Eldar şamı və sərv ağacları əkilib.

Mina RƏŞİD

Oxşar xəbərlər