19.10.2024, 17:22
AZ EN
11.10.2024, 14:49 221

Tələbələr açıq məhkəmə prosesində müşahidəçi kimi iştirak ediblər

QARABAĞ
  • Qarabağ Universitetinin hüquqşünaslıq ixtisasının tələbələri Xankəndi şəhər məhkəməsində keçirilən açıq məhkəmə prosesində müşahidəçi kimi iştirak ediblər. Onlar məhkəmə prosesinin necə aparılması qaydaları ilə əyani şəkildə tanış olublar.

Açıq məhkəmə prosesində iştirak tələbələrin məhkəmə prosesində çıxışetmə vərdişlərini inkişaf etdirmələrinə şərait yaradacaq, onlar arasında natiqlik, araşdırma, analizetmə qabiliyyətinin güclənməsinə, qanunvericilik normalarını tətbiq etmələrinə müsbət töhfə verəcək.

Qeyd edək ki, Xankəndi şəhərində işgüzar səfərdə olan Türkiyənin baş prokuroru Muhsin Şəntürk də açıq məhkəmə prosesində iştirak edərək tələbələrlə görüşüb, onlara uğurlar arzu edib və hüquq istiqamətində fikir mübadiləsi aparılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər