Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə köçürülən 258 ailənin əmək qabiliyyətli üzvləri ilə ünvanlarında görüşlər keçirib.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşlər zamanı işsiz və işaxtaran şəxslərin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində 59 nəfər işlə təmin edilib, 16 sakinin isə özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. (AZƏRTAC)