Bunu Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdir müavini Pərviz Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ağdamda keçirilən əmək yarmarkası azad edilən ərazilərdə keçirilən sayca 24-cü yarmarkadır:
"Yarmarkada iştirak edənlər əsasən doğma yurduna qayıdan sakinlərimizdir. Onların CV-ləri qəbul olunur. Müsahibə mərhələsindən sonra uyğun namizədlər dəvət olunur. Bugünkü yarmarkada müxtəlif istiqamətlər üzrə 67 vakansiya təqdim olunub. Yarmarkada çıxarılan vakansiyalar üzrə uyğun namizədlər işlə təmin olunacaq". (Report)