BQXK-yə məxsus nəqliyyat vasitələrində ümumilikdə 17 nəfər BQXK nümayəndələri və erməniəsilli şəxslər olub.
Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Avtomobillərdə ərzaq, uşaq qidaları və dərman ləvazimatı olub.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. (Report)