19.10.2024, 07:38
AZ EN
16.06.2023, 15:39 217

Janie Coffey: “Laçında Ermənistan tərəfinin provokasiyasının şahidi olduq”

QARABAĞ
  • Gözəl Şuşa tarixi ilə zəngin şəhərdir. Burada illərdir yurdundan uzaq düşən insanların taleyi haqqında öyrənmək çox üzücüdür.

Bunu azad olunan torpaqlara səfər edən xarici səyyahlar qrupunun üzvü Janie Coffey deyib.

Ceni Kofey bildirib ki, üçgünlük səyahət zamanı bu yerlər haqqında daha çox məlumat əldə edib: “Dünən Laçına getdik, hətta Ermənistan tərəfinin provokasiyasının şahidi olduq”.

O qeyd edib ki, Laçın şəhərinin də valehedici təbiəti var və orada aparılan sürətli yenidənqurma işləri onda xoş təəssürat yaradıb.

Qeyd edək ki, dünyanın 4 əsas səyahətçilər şəbəkəsindən biri sayılan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən heyəti Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub. (AZƏRTAC)

Oxşar xəbərlər