22.09.2024, 02:39
AZ EN
19.05.2023, 12:39 183

Füzulidə beynəlxalq təşkilatların iştirakı ilə minalar əleyhinə maarifləndirmə tədbiri keçirilib

QARABAĞ
  • Füzuli rayonunun Horadiz qəsəbəsində beynəlxalq təşkilatların iştirakı ilə minalar əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tədbir Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi ilə “Links Avropa” təşkilatının təşəbbüsü ilə baş tutub.

Tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Ombudsman Aparatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin nümayəndələri, habelə birbaşa təsirə məruz qalan icmaların üzvləri və mina qurbanları iştirak ediblər.

Tədbirin əsas məqsədi məcburi köçkünlərin geri qaytarılması və onların rifahı ilə bağlı prosesdə iştirak edən rəsmi qurumların mina təhlükəsi ilə bağlı çağırışları və mina terrorunun ağır nəticələri barədə ümumi məlumatları hazırlamaq və beynəlxalq təşkilatlara təqdim etməkdir.

Bbildirilib ki, ərazilərin nə qədər diqqətlə təmizlənməsindən asılı olmayaraq minalar öz təhlükəlilik dərəcəsini qoruyub saxlamaqdadır.

Qeyd edilib ki, Füzuli rayonunun bir zamanlar işğala məruz qalmış və 1994-cü ildə işğaldan azad edilən Alxanlı, Şükürbəyli, Horadiz, Qazaxlar, Əhmədalılar kəndlərinin əraziləri təmizlənsə də, hələ də həmin kəndlərin sakinləri psixoloji gərginlik səbəbi ilə bu yerlərdən tam səmərəli istifadə edə bilmirlər. (Report)

Oxşar xəbərlər