Prezident İlham Əliyevin İmperator Naruhitoya ünvanladığı məktubda deyilir: “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.
Azərbaycan Prezidenti İmperator Naruhitoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
Xatırladaq ki, Yaponiya İmperatoru Naruhitonun 63 yaşı tamam olur. O, 2019-cu il mayın 1-də taxta çıxıb.