09.10.2025, 16:40
AZ EN
24.12.2022, 14:25 360

Prezidentin Mətbuat Xidmətinin məlumatı

XƏBƏRLƏR
  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.

Oxşar xəbərlər