Bu barədə Slovakiya Milli Şurasının sosial şəbəkələrdəki məlumatında bidirilib.
Qeyd olunub ki, müzakirə mövzuları Slovakiya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın inkişafı məsələləri, o cümlədən parlament komitələri arasında təcrübə mübadiləsi olub.
"Belə əməkdaşlıq təkcə Avropa üçün deyil, bütün dünya üçün ortaq vəzifələrin effektiv həllərini tapmağa imkan verir", - məlumatda vurğulanıb. (Report)