22.11.2024, 18:04
AZ EN
18.03.2022, 12:30 316

Şagirdlərin geyim formalarının təsvirləri təsdiq olunub

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərini təsdiq edib.  Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Qərar barədə ətraflı məlumatı Nazirlər Kabinetinin rəsmi internet səhifəsindən əldə etmək olar: https://nk.gov.az/az/document/6002/

Oxşar xəbərlər