22.11.2024, 08:09
AZ EN
16.03.2022, 08:00 370

Azərbaycan Prezidenti ABŞ-ın Dövlət katibi ilə telefonla danışıb

XƏBƏRLƏR

Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Respublikası Prezidentin Mətbuat Xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR