Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Rinkeviçs,
Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Latviya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız və səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram". ("Trend")