20.09.2024, 06:39
AZ EN
27.04.2023, 16:33 124

Azərbaycan-Türkiyə-Türkmənistan gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyası yaradılacaq

XƏBƏRLƏR
  • Azərbaycan, Türkiyə və Türkmənistan arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyası yaradılacaq.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidit.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR