22.06.2025, 13:59
AZ EN
18.11.2022, 16:00 606

Ağdamdan Xankəndinə qaz xətti çəkiləcək. Bu, nə deməkdir?

QARABAĞ
  • Prezident İlham Əliyevin bu il noyabrın 16-da təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış üzrə I Dövlət Proqramı”nın Tədbirlər Planına 2025-ci ilə qədər SOCAR tərəfindən Ağdam ‒ Xankəndi qaz kəmərinin və üzərində QTM-lər quraşdırmaqla qaz kəməri qollarının tikintisi də daxil edilib.

Azərbaycanın rusdilli “Caliber” telegram kanalının “bu, nə deməkdir” sualına dair şərhi belədir:

- Ağdama gedən və illərlə dağıdıllmış qaz kəmərinin bərpası 2025-ci ilə qədər başa çatdırılmalıdır;

- Xankəndinə qaz kəmərinin çəkilməsi, erməni qüvvələri tam tərksilah edilmədən, mümkün deyil!  Biri digərini bağlıdır. Və məqsəd artıq müəyyən edilib.

-  Azərbaycan qaz kəməri çəkməsi İranın və ya “Qazprom”un mavi yanacağının qaçaqmalçılığına və Azərbaycan ərazisindən enerji resursları üçün nəzarətsiz bazar kimi istifadəsinə son qoyulması demək olacaq. Dükan bağlanır;

- Bəs sonra? Donmamaq üçün istehlakçılar qanunvericilik səviyyəsində müəyyən edilmiş qaydada operatorla müqavilə bağlamalı olacaqlar: Azərbaycan ərazisində qaz operatorları istehlakçılara qazı yalnız qeydiyyatdan keçmiş qaz sayğacları vasitəsilə, ödəniş manatla ödənilməklə sata bilərlər. Ödənişə Azərbaycan xəzinəsinə tutulan ƏDV daxil edilməlidir. Müqavilənin imzalanması isə şəxsiyyət vəsiqəsi olmadan mümkün deyil. Hər şey bir-birinə bağlıdır.

- Və ən başlıcası – bu, yaxşı düşünülmüş bir məsələdir.

Heç kim Azərbaycanı Qarabağ ermənilərini istilikdən məhrum etməkdə qınaya bilməz. Azərbaycan qazının pulunu ödə, ya da İrəvanda İran qazı ilə isin.

Oxşar xəbərlər