22.11.2024, 08:21
AZ EN
21.04.2022, 11:37 486

Yaxın zamanlarda Ağdamda Cümə məscidi və Qiyaslı məscidinin bərpasına başlanılacaq

QARABAĞ
  • Yaxın zamanlarda Ağdamda Cümə məscidi və Qiyaslı məscidinin bərpasına başlanılacaq.

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır.

“Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Ümumiyyətlə azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarixi-mədəni abidələr var. Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng monastırları, Qutlu Musa türbəsi, Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarixi-mədəni abidələrdir. Onlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa olunub. Bunların ardınca Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin də bərpası davam etdirilir”,- deyə o bildirib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR