Bunu bu gün iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İnvestisiyalar və gənc sahibkarlıq forumunda deyib.
O qeyd edib ki, bugünkü forum ticari-iqtisadi əməkdaşlıq, Azərbaycanın investisiya imkanlarının təşviqi baxımından vacib platformadır.
"Hökumətimiz bərpa işlərinə böyük vəsaitlər qoyur. İşğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-tranzit dəhlizlərinin imkanlarından istifadə həm ölkəmizin, həm də bütünlüklə regionun inkişafına təkan verəcək. Qarabağ bölgəsi nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələr böyük potensiala malikdir", - deyə o bildirib. (Trend)